Masallının Qəriblər kəndində rayon rəhbərinin 11 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu

Masallının Qəriblər kəndində rayon rəhbərinin 11 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu
  • Cəmiyyət

  • 11 mart 2025-ci il tarixdə rayonun Qəriblər kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 8 nəfər vətəndaş tərəfindən 11 məsələ qaldırılmış, müraciətlərin 2-si müsbət həll olunmuş, 6 müraciətə qanunamüvafiq izahat verilmiş, 2 müraciətlə bağlı işlərin aparıldığı və 1 müraciətin əsassız olduğu bildirmişdir.
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, müharibə iştirakçıları, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, ərazidə 25 ədəd elektrik dirəyi və 850 metr məsafədə elektrik xətti yenisi ilə əvəz olunmuş, Şıxlar kəndində 800 metr məsafədə mərkəzi yol cari təmir olunmuş, ərazi üzrə 1 km məsafədə kənddaxili küçələrə və Masallı-Yardımlı magistral avtomobil yolunun Qəriblər kəndindən keçən hissəsinin yol yataqlarına ümumilikdə 2,5 km məsafədə çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş və ərazidə 2,7 km məsafədə küçələr işıqlandırılmışdır.

    Daha sonra şöbə müdiri Qəriblər kənd məscidi cari təmir olunmuş, məscidin həyətində tikilən mərasim evi istifadəyə verilmiş, mərasim evinə 350 dəst stol-stul, 2 ədəd kondisioner ehsan edilmiş və həyətinə çınqıl tökülərək hamarlanması, ərazidə ildə 2 dəfə olmaqla ümumilikdə 46 aztəminatlı ailənin hər birinə ərzaq yardımı paylanılması və Mənzil Kommunal Təsərraftı İstehsalatı Birliyi ilə bağlanmış müqaviləyə əsasən məişət tullantılarının ərazidən zibil poliqonuna daşınması mütəmadi olaraq həyata keçirilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.







    PAYLAŞ:

    Oxşar xəbərlər