03 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə aparatının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov açaraq "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri barədə məlumat vermişdir.
T.Hüseynov bildirmişdir ki, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi, "mygov" tətbiqi vasitəsi ilə vətəndaşların vaxta qənaət etməklə yanaşı, dövlət xidmətlərini daha əlçatan, rahat və şəffaf formaya gətirir.
Sonda natiq yerlərdə əhalinin bu tətbiqdən istifadə vərdişlərinin artırılmasında İƏD nümayəndələri və bələdiyyələrin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmişdir.
Tədbir zamanı "mygov" tətbiqinin təqdim etdiyi yeniliklər və imkanlar barədə ətraflı məlumat verilib:
Rəqəmsal sənədlər və arayışlar: Şəxsiyyət vəsiqəsi, nikah, iş yeri və məhkumluq haqqında arayışların dərhal əldə edilməsi;
Tibb və səhiyyə: Elektron xəstəlik vərəqələri, laborator analiz nəticələri, peyvənd məlumatları və tibbi arayışların tətbiq vasitəsilə izlənilməsi;
Nəqliyyat və əmlak: Sürücülük vəsiqəsi, cərimələr, etibarnamələr və daşınmaz əmlak məlumatlarının vahid məkanda toplanması;
Sosial güzəştlər: Pensiyaçılar üçün xüsusi endirimlər və "Sosial tərəfdaş kartı" imkanları.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və platformanın yerlərdə sakinləmizə daha yaxından izah olunması üçün müvafiq tövsiyələr verilib.

