Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub

Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
  • Cəmiyyət

  • 03 noyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı şəhərində Məmməd Rahim küçəsində aparılan asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub.

    Səfər zamanı küçədə həyata keçirilən abadlıq və yol-təmir işlərinin gedişi ilə maraqlanılıb, görülən işlərə baxış keçirilib.

    Qeyd edək ki, şəhərdaxili yolların abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin olunması istiqamətində görülən işlər ərazidə nəqliyyatın hərəkətinin daha əlverişli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

    Masallı rayonunda yol infrastrukturunun yenilənməsi və abadlıq işlərinin davam etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər