ABŞ-dən Moskvaya xəbərdarlıq: Hədəfdəki ərazilər açıqlandı

ABŞ-dən Moskvaya xəbərdarlıq: Hədəfdəki ərazilər açıqlandı
  • Maraqlı / Dünya

  • ABŞ-nin Moskvadakı səfirliyi Rusiya paytaxtında mümkün terror hücumu ilə bağlı təcili təhlükəsizlik xəbərdarlığı yayıb. Səfirlik “Tsaritsyno” muzeyi və park ərazisinin hədəfə alına biləcəyini açıqlayıb.

    “Leqal” xəbər verir ki, səfirliyin rəsmi saytında dərc edilən bəyanatda kütləvi insan tələfatına səbəb ola biləcək təhdid barədə etibarlı məlumat əldə edildiyi bildirilib.

    ABŞ vətəndaşlarına qeyd olunan ərazidən uzaq durmaq və ətrafda diqqətli olmaq tövsiyə edilib.

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) də ABŞ tərəfindən məlumatlandırıldığını təsdiqləyib. Qurumdan bildirilib ki, təhlükə iddiaları ilə bağlı zəruri araşdırmalara başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər