Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev vəfat edib

Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev vəfat edib
  • Mədəniyyət / Maraqlı

  • Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, aktyor Aslan Fətullayev Moskvada 70 yaşında vəfat edib.

    "Leqal" xəbər verir ki, bu barədə “Oxu.Az” məlumat yayıb.

    Yaxınlarının bildirdiyinə görə, aktyor bir müddət əvvəl Moskvada əməliyyat olunub.

    Azərbaycan Dövlət Kukla Teatrından verilən məlumata əsasən, Aslan Fətullayev bağırsaq problemi ilə əlaqədar müayinədən keçmək üçün Moskvaya yollanıb və bu gün səhər saatlarında dünyasını dəyişib.
    PAYLAŞ:

    Oxşar xəbərlər