Bayrağımız – milli qürurumuz və şərəfimiz

Bayrağımız – milli qürurumuz və şərəfimiz
  • Cəmiyyət

  • Azərbaycan bayrağı xalqımızın azadlıq arzularını, milli birliyini və dövlət müstəqilliyini özündə birləşdirən müqəddəs rəmzdir. Üçrəngli bayrağımızın hər bir rəngi tariximizin, mədəniyyətimizin və milli ideologiyamızın mühüm məqamlarını ifadə edir.

    Bayraq yalnız bir dövlət atributu deyil, həm də xalqın mənəvi dəyəri, milli qürur mənbəyidir. Tarix boyu xalqımız öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparmış, dövlətçilik ənənələrini qoruyub saxlamışdır.
    44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin azad edilmiş torpaqlarda bayrağımızı ucaltması xalqımıza unudulmaz sevinc yaşatdı. Bu mənzərə hər bir azərbaycanlının qəlbində qürur və fəxarət hissi yaratdı.
    Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərimizin qorunmasına və təbliğinə xüsusi əhəmiyyət verirdi. Onun dövlətçilik siyasəti nəticəsində milli rəmzlərimizə ehtiram dövlətçilik düşüncəsinin mühüm hissəsinə çevrildi.

    Gənc nəslə bayrağımızın tarixini, mənasını və müqəddəsliyini aşılamaq mühüm vəzifələrimizdəndir. Çünki bayrağımız dalğalandıqca müstəqilliyimiz, milli birliyimiz və dövlətçiliyimiz yaşayır.

    Lətifə Həsənova,
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 
    PAYLAŞ:

    Oxşar xəbərlər