Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
  • Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 394 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 913 927, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 658, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 000, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 253 nəfər təşkil edir.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər