Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabr ayının 30-da Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçiriləcək.
Konfransın sessiyalarında dövlət-din münasibətlərinin müxtəlif aspektləri, dini maarifləndirmə sahəsində qarşıda duran problemlər və onların həlli yolları müzakirə ediləcək. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan MR-in Ali Məclisi, Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbərliyi, yerli icra hakimiyyətləri yanında Dini İşlər üzrə Komissiya sədrləri, ali və orta ixtisas təhsili müəssisələrinin, hüquq mühafizə orqanlarının, AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Ağsaqqallar Şurasının nümayəndələri və din xadimləri iştirak edəcəklər.
Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, interaktiv müzakirələr aparılacaq.