İqlim Fəaliyyəti naminə COP 29 Bəyannaməsində- Azərbaycanın mövqeyi

İqlim Fəaliyyəti naminə COP 29 Bəyannaməsində-   Azərbaycanın mövqeyi
  • Cəmiyyət

  • COP29 Bəyannaməsinin 50-yə yaxın ölkə tərəfindən imzalanmış Təbiət və biomüxtəliflikin qorunmasına xidmət edən Bəyannamədir. Sözügedən bəyannamə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF), “Water.org” və “Water Equity” təşkilatları, Stokholm Beynəlxalq Su İnstitutu və İslam İnkişaf Bankı da daxil olmaqla, qeyri-dövlət subyektləri tərəfindən təsdiqlənib. Ölkəmizin ev sahibliyi etdiyi COP29 da Qlobal Enerji Anbarları və Şəbəkələri, Atəşkəs çağırışı, Yaşıl Rəqəmsal Fəalliyyət  bəyannaməsi, İqlim dayanıqlığı üçün inşa inkişaf üzrə Bakı Təşəbbüsü, Fermerlər üçün Bakı -İqlim Harmoniyası, İqlimə davamlı  Sağlam Şəhərlər üçün çox sahəli Fəalliyyət Yolları, Üzvü tullantılar tərkibində metal qazın azaldılması kimi Bəyannamələron imzalanması dünyamızın qorunması üçün böyük töhfələr verəcəkdir.

    COP 29-da  Avropa İttifaqı, Finlandiya, Qambiya, Almaniya, Moldova, Niderland, Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və ABŞ-ı təmsil edən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoquna start verilərək Bəyannamə imzalanıb. Bu platforma su ilə bağlı problemləri və bu problemlərin iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşma ilə əlaqəsini araşdırmaq üçün COP-lar arasında əməkdaşlığı təşviq edir və beləliklə də, bu önəmli problemi iqlim gündəmində prioritet məsələ kimi önə çıxarıb. 

    Dünya hər kəsin sürətini özündə əks etdirən bir güzgüdür. Bu güzgüdə gözəl görünmək üçün  ilk olaraq özümüzü və güzgümüzü təmiz saxlamağa borcluyuq.

    Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq, hamı üçün lazımdır. Ətraf mühit insanın yaşadığı, fəaliyyət göstərdiyi mühitdir. Təbii ki, insanın sağlam olması ətraf mühitin təmizliyindən asılıdır. Ekoloji mühit nə qədər təmiz olarsa,insanlar da sağlam və uzunömürlü olar. Ekoloji mühitin təmizliyi  isə torpağın, havanın və suyun təmizliyi ilə ölçülür. Təəssüf ki, əhalinin çox hissəsi insan fəaliyyəti ilə ətraf mühit arasındakı sıx əlaqəni dərk etmir. Bu da əhalinin lazımi ekoloji biliklərə malik olmamasından, yaşadığı ərazinin ekoloji problemlərindən xəbərsiz olmasından irəli gəlir. Bu sahədə olan problemləri həll etmədən, ümumiyyətlə, cəmiyyətin, həmçinin hər bir insanın və nəhayət, bütövlükdə təbiətin mövcudluğu mümkün deyil.
     
    Təbiəti  yalnız  onun qanunlarına tabe olmaqla ram etmək olat. Təbiət deyəndə ilk növbədə ətraf mühit-meşələr, bağlar, yer, göy, torpaq ğözlərimiz qarşısında canlanır. Doğma təbiətin gözəlliyini duymağı bacarmaq hər bir insan üçün vacibdir. Ekoloji tərbiyə insanlara təbiətdən istifadə etmək işində düzgün yolcu olaraq məsuliyyət hissi aşılayır. Bu gün hər bir insan təbiətin taleyi haqqında düşünməyi bacarmalı və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər. Təbiətə məhəbbət onun qorunması ilə bağlıdır. Təbiətin qorunması isə sağlamlığın mühafizəsi deməkdir. Mühit çirkli və zəhərli olarsa, insanı heç bir qida təmin edə bilməz. İnsan üçün əvəzedilməz qida havadır.

    Havanın və eyni zamanda suyun, torpağın çirklənməsi insan sağlamlığı üçün təhlükə yaradır, insanlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əgər hava yer üzərindən tamamilə yoxa çıxarsa bütün canlı aləm məhv olar. İnsan qidasız beş həftə, susuz beş gün, havasız isə beş dəqiqə yaşaya bilməz. Təbii sərvətlərin mühafizəsi və onların artırılmasını insanın mənafeyi tələb edir. Hər hansı bir yenilik insanın rifahının yaxşılaşmasına, sağlamlığının möhkələnməsinə xidmət etməlidir. İnsan sağlamlığıisə onu əhatə edən təbii mühitdən asılıdır.

    İqlim dayanıqlığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünün  əsas məqsədi təhsil, sağlamlıq, iş yerləri, biliklər, bacarıqlar, uşaqlar və gənclər məsələlərinə məsul olan sahələr arasında sinerjinin təmin edilməsi, insan inkişafının iqlim fəaliyyəti ilə sıx əlaqələndirilməsi və iqlim naminə bu sahədə qlobal strateji əməkdaşlığın başlanmasına təkan verməkdir.  Bununla yanaşı, bu qlobal təşəbbüs bu sahədə COP-dan COP-a davamlılığın yaradılmasına və təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasına və PISA kimi qlobal qiymətləndirmə alətlərinə iqlim ölçüsünün inteqrasiyasına  yardım edəcək.

     COP 29 qəbul olunan Bəyannamənin maraqlı tərəfləri  bu dur ki, iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq  etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.  Bəyannamə bu sahədə COP-dan COP-a davamlı və ardıcıl dialoqun aparılmasını təmin etmək üçün İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu adlı platformanın yaradılmasını nəzərdə tuturaq bu işlə bağlı mükəmməl əməkdaşlıqlar imzalandı.
       Ümid edir və hər birimiz görürük ki, artıq Azərbaycan dünya çapında sözü keçən və imzası ilə tanınan ölkələr sırasındadır.  Azərbaycan qətiyətli və ədalət carçısı olan ölkə başçımız İlham Əliyevin imzası altında hələ çox xalqımızın və dünyanın xeyrinə və ən əsası asayişinə, rahatlıq və dayanıqlığına aparan Bəyannamələrə imza atacaqdır.






    Dilgüşə Məmmədova, 
    YAP Masallı rayon təşkilatının fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər