Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 557 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 247, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 913 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 562, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 815, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 210 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər