Bakıda keçrilən  COP29-un uğurlu nəticələri

Bakıda keçrilən  COP29-un uğurlu nəticələri
  • Cəmiyyət

  • Noyabrın 11-dən 24-ə kimi Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır.

    Sammitin yekunları gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb.

     Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə təşkilatçılıq etmək baxımından böyük təcrübə qazanmış Azərbaycan höküməti COP29-u da yüksək səviyyədə keçirməklə yadda qaldı.Tədbir öncəsi, demək olar ki, ölkədə müəyyən dərəcədə həyacan vardı.Məlumdur ki, belə bir tədbirin keçirilməsi paytaxt sakinlərinin həyatına təsir edəcəkdi.Əslində təsir olsa da, gərginlik və problemlər yaşanmadı.

    COP29-a Azərbaycan ev sahibliyi etsə də, BMT-nin bayrağı altında keçirilən tədbir idi. Lakin bəzi bədxah dairələr tədbirə kplgə salmaq niyyətində idilər, çünki burada Azərbaycanın adı vardı. Lakin bu baş tutmadı . Azərbaycan tərəfinin öz üzərinə düşməsini peşəkarlıqla yerinə yetirməsi bədxahlara başqa sözlər deməyə imkan vermədi.

    COP29-da ən çox toxunulan məqam iştirakçıların sayı ilə bağlı idi.Tədbir başlandıqdan sonra məlum oldu ki, qonaqların sayı yetərincədir.Bəzi az tanınan ölkələrin də bu sammitə iştirakının bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımı ala bilərdilər və buna müəyyən mənada nail ola bildilər.

    COP29-da müzakirə olunan məsələlərdən biri iqlim dəyişikliklərinin fəsadları ilə bağlı idi.Hesablamalar göstəriri ki, bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Əldə olunan rzılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollr iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Baki Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləöində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu vəsait kasıb ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasını təmin edən layihələrə yönəldilməlidir.

    COP29-un daha bir uğuru 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı madəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu.

    Beləliklə,bütün dünya üçün böyük əhəmiyyə daşıyan bu sammit öz ritmi,ahəngi ilə,müsbət nəticələri ilə başa çatdı. Xoşagəlməz hallar müşahidə edilmədi. Gələn qonaqlar ölkəmizdən razı getdilər. Azərbaycan da bir dövlət olaraq dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi.

     

     

    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

     


    PAYLAŞ:

    Oxşar xəbərlər