Bakı İlahiyyat Kollecinin nümayəndələri Türkiyə təhsil nazirinin müavini ilə görüşüblər

Bakı İlahiyyat Kollecinin nümayəndələri  Türkiyə təhsil nazirinin müavini ilə görüşüblər
  • Cəmiyyət / Maraqlı

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin nümayəndə heyətinin üzvləri noyabrın 25-də Türkiyə Respublikasına səfər çərçivəsində bu ölkənin təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüblər. 

    Görüş zamanı Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov Azərbaycanın dini təhsil sistemi barədə məlumat verib, dövlətin bu sahəyə qayğısından danışıb.
     
    Türkiyə təhsil nazirinin müavini Celile Eren Ökten Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qardaşlıq və dostluğa söykənən qarşılıqlı münasibətlərin mövcudluğunu vurğulayıb. Dini tədris sahəsində Türkiyə Təhsil Nazirliyinin təcrübəsini bölüşməyə və bu sahədə dəstək verməyə hazır olduqlarını bildirib. 

    Daha sonra Bakı İlahiyyat Kollecinin nümayəndə heyəti Türkiyə Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Dini Tədris Mərkəzini ziyarət edib. Dini Tədris Mərkəzinin müdiri Ahmet İşleyen mərkəzin fəaliyyət istiqamətləri, həmçinin Türkiyədə fəaliyyət göstərən İmam Xətib liseylərinin tədris proqramları və dərslikləri haqqında geniş məlumat verib. Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov kollecin yaradılması məqsədi və qarşısında duran vəzifələr haqqında danışıb. 

    Səfər zamanı nümayəndə heyətinin üzvləri Ankarada yerləşən Şəhid Cengiz Polat Anadolu (Fənn və Texnologiya, İmam-Xətib) Liseyində tədris prosesi ilə tanış olublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər