Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub
  • Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.Az-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 155 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 849, bu günə qədər isə ümumilikdə 6 957 854 test icra olunub.


    Azərbaycanda son sutkada 24 nəfər vaksinasiya olunub.

    Leqal.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci doza vaksinlərin sayı 2, ikinci doza vaksinləri sayı 3-dür.

    Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 762 115, birinci doza peyvəndlərin ümumi sayı 5 353 538, ikinci doza vaksinlərin sayı 4 853 218 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 306 446, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 913 olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər