Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub.
Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.