Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına üç yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.
Ölkədə son sutka ərzində 2 692, hazırkı dövrədək isə 6 883 123 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 933 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 354, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 086, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 225 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 715 913, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 872, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 256, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 275 580, pozitiv nəticədən sonra buster doza olunanların sayı 245 205 təşkil edir.