Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 796 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1977 nəfərdir.
Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 714 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 136, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 649, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 807 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 242, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 332 374, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 344 nəfər təşkil edir.