Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub
  • Maraqlı

  • Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 706, hazırkı dövrədək isə 6 914 600 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 772 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 149, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 340, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 988 nəfər təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər