Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 988, hazırkı dövrədək isə 6 916 588 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1909 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 182, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1243, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 158 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 739 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 522, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 291 960, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 146 nəfər təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər