Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.
Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 917 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 255, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 730 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 845, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 599, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 285 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 347 nəfər təşkil edir.