Son sutkada daha 34 nəfər koronavirusa yoluxub

Son sutkada daha 34 nəfər koronavirusa yoluxub
  • Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.Az-a verilən məlumata görə, ölən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1385 vaksin vurulub.

    Leqal.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 234, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 843, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər