Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 162 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 494, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 188 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 723 446, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 875, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 280 934, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 832 nəfər təşkil edir.