Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.
Ölkədə son sutka ərzində 1 833, hazırkı dövrədək isə 6 909 386 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 733 837, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 965, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 287 895, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 651 nəfər təşkil edir.