Azərbaycanda daha yeddi nəfər COVID-19-a YOLUXDU

Azərbaycanda daha yeddi nəfər COVID-19-a YOLUXDU
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeddi yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 019 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 580, hazırkı dövrədək isə 6 901 005 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 123 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 438, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 178 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 728 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 519, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 400, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 284 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 210 nəfər təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər