Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 290, hazırkı dövrədək isə 6 880 431 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 974 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 275, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 131, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 223 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 712 980, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 518, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 988, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 273 494, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 980 təşkil edir.

    www.Leqal.Az

    PAYLAŞ:

    Oxşar xəbərlər