Azərbaycanda fəaliyyət göstərən QHT beynəlxalq təşkilatlara Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara istifadə etməsinə dair müraciət ünvanlayıb.
LEQAL.AZ Apa-ya istinadən xəbər verir ki, UNICEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun Prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin Prezidenti cənab Siddharta Kaula, Uşaq Müdafiə Fondunun icraçı direktoru
xanım Bharti Vahiyə, Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə ünvanlanan müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb, hərbi əməliyyatlar yenidən bərpa edilib.
“Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.
Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).
Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.
Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.
Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”, - müraciətdə bildirilib.
İmza:
1. "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm
2. "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur
3. "Aran" uşaqların sağlam gələcəyi ictimai birliyi, Hüseynov İbrahim
4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət
5. "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad
6. «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər
7. "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə
8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən
9. "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə
10. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası ictimai birliyi, Hüseynov Rəşad
11. "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq
12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar
13. Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı
14. “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şükufə
15. "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman
16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif
17. "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün
18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam
19. "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə
20. "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq
21. "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət
22. "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə
23. "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz
24. "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad
25. "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə
26. "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban
27. "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural
28. "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə
29. "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin
30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam
31. "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov
32. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə
33. “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar
34. Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil
35. Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım
36. "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb
37. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə
38. "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün
39. "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə
40. "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay
41. “El Qayğısı" Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur
42. "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül
43. "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur
44. “Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma