“Gəncənin yenidən raketlə vurulması düşmənin çarəsizliyindən və simasızlığından xəbər verir”

“Gəncənin yenidən raketlə vurulması düşmənin çarəsizliyindən və simasızlığından xəbər verir”
  • Cəmiyyət

  • Məşhur Məmmədov: “Ermənistanın mülki insanları qətlə yetirməsi, onun region üçün necə böyük təhlükə mənbəyi olduğunun isbatıdır"


    “Gəncənin yenidən raket atəşinə tutulması düşmənin çarəsizliyindən və simasızlığından xəbər verir”.

     

    Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkilinin sözlərinə görə, Ermənistanın hərbi cinayətlərinin onun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu göstərir:

     

    “Ermənistan mülki insanları qətlə yetirməklə bir daha region üçün necə böyük təhlükə mənbəyi olduğunu isbatladı. Bu hadisə bir daha göstərdi ki, işğalçı dövlət mülki və hərbi hədəflər arasında fərq qoymur, məqsədli şəkildə dinc insanların qətlini həyata keçirir. Bu, düşmənin vəhşilyini, onun qeyri-insani xislətini əks etdirdiyi kimi, həm də çarəsizliyini, ümidsizliyini göstərir.

     

    27 sentyabr tarixindən – Vətən Müharibəsinin ilk günündən etibarən, bütün cəbhə xətti boyu ardıcıl məğlubiyyətı uğrayan Ermənistan, hərbi müstəvidəki uğursuzluğunun, çarəsizliyinin əvəzini, dinc insanları qətlə yetirmək, uşaqları, qadınları öldürməklə çıxmağa çalışır. Ermənistan rəhbərliyi bu cür xain həmlələrlə həm də öz xalqına göstərmək istəyir ki, guya erməni ordusu hələ də ayaqdadır, hələ də mübarizə gücünü itirməyib. Halbuki, Müdafiə Nazirliyinin təqdim etdiyi çoxsaylı faktlar, foto və video materiallar, o cümlədən ordumuzun sürətlə irəliləməsi düşmənin hərb maşınının acınacaqlı vəziyyətdə olduğundan, böyük və bərpaedilməz itkilərə məruz qalmasından xəbər verir.

     

    Ermənistanın mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlər onun yalnız Azərbaycan üçün deyil, bütün region üçün ciddi təhdid mənbəyidir və bui təhdidin ortadan qalxmasında, zərərsizləşdirilməsində ölkəmizlə yanaşı, digər qonşu dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar da maraqlı olmalıdır”.

    PAYLAŞ:

    Oxşar xəbərlər