Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlar arasında müalicə edilib sağalan olmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib. Son sutkada pozitiv nəticədən sonra buster doza olunan da qeydə alınmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 442, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 269 215, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 526 təşkil edir.
www.leqal.az