Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb

Azərbaycanda son sutkada beş nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb
  • Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 808 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 2 377, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 281 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 694 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 845 334, üç və daha çox doza vaksin vurduranların sayı 3 261 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 687 təşkil edir.


    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər