Ağcabədidə avtomobil darvazaya çırpılıb.
“Leqal”ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağcabədi şəhəri ərazisində baş verib.
Belə ki, Laçın rayon sakini, 1996-cı il təvəllüdlü Xanlarov Bahadur idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin dəmir darvazasına çırpılıb.
Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.