İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq, bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi beynəlxalq aləmi heyran qoymaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna ötən 2 ildə dörd dəfə səfər etmişdir.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə-2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
44 günlük müharibədən, daha doğrusu Lacın işğaldan azad olunandan dərhal sonra 14fevral 2021-ci il tarixdə rayonun Güləbird kəndində Azərbaycanın bayrağı ucaldıldı, Su Elektrik Stansiyasının təməli qoyularaq qısa müddətdə tikilib istifadəyə verildi. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Dağlar diyarı Laçın 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.
Dövlət başçısının Laçına hər səfəri bir tarixdir. Hər səfər Laçının dirçəlişidir və yenidən qurulmasında mühüm töhfədir. 2021-ci ilin avqust ayının 16-da Laçın Beynəlxalq Hava Limanının təməli qoyuldu.
Laçın şəhərinə hər səfəri və bu səfər əsnasında görülən işlərlə bağlı verdiyi məlumatlar Azərbaycan xalqının nə qədər sülhpərvər və yaradıcı olduğunu bir daha bütün dünyaya göstərir. Dövlət başçısının Laçın səfəri həm də laçınlıların sevincinə səbəb olur.
2024-cü ildə həm də Laçın hava limanının istifadəyə verilməsi planlaşdırılır. 2024-cü ilin oktyabr ayında isə Laçın şəhərinin 100 yaşı tamam olur. Təsadüf nəticəsində bu xoşməramlı hadisələr üst-üstə düşür. 100 il keçməsinə baxmayaraq, laçınlılara elə gəlir ki, Laçın da dünyaya yenidən gəliblər və o tarixi gün 1 dekabr 2020-ci ildir. Arzu edək ki, 2024-cü ildə Laçın şəhərinin 100 illiyinə həsr olunacaq bayram tədbirlərini Ali Baş Komandanın iştirakı ilə Laçında qeyd edək.
Prezident cənab İlham Əliyev 2023-cü ildə Laçına səfərində qeyd edib ki, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də daha çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin də Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.İnsanların Laçında rahat yaşamalarının təmin edilməsi üçün bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur.
Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Yetmiş iki min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsinə malikdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Qarabağın Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən rayonudur. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil olunub. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Laçın rayonunda Alagöllər, İşıqlı, Qaragöl və s. göllər mövcuddur. Rayon əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Ərazidə yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir.
Laçın rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Laçın rayonunda taxıl istehsalının 5.3 min tona, kartof istehsalının 300 tona qədər artırılması gözlənilir. Tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 2 ton/ha məhsuldarlıqla istehsalın 200 tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə tütün istehsalının təxminən 1.4 faizinin məhz Laçın rayonu hesabına formalaşacağı deməkdir.
Laçın rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvəçilik və tərəvəzçilik sahəsində də istehsal potensialı vəd edir. Potensial nəzərə alınaraq bu zonada 300 hektarlıq intensiv nar, alma və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Bundan əlavə, Laçın rayonunda 1000 hektara qədər sahələrdə kartof, tərəvəz və bostan bitkiləri əkiləcəyi də gözlənilir. Belə ki, regionlarda aqrar inkişaf perspektivi nəzərə alınarsa, ölkədə tətbiq olunan aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması tərəvəz istehsalını artırır. Bu baxımdan Laçının ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaq. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün 1000 hektarlıq əlavə əkin sahəsinin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaq.
Yeni Qaydışın məşğulluq strategiyasında aqrar sahəyə xüsusi üstünlük veriləcək. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Fermerlər öz təsərüfatlarını Laçın yaylaqlarına aparır. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Təkcə Laçın rayonunda deyil, digər işğaldan azad olunmuş rayonlara səfər edən Ali Baş Komandan İlham Əliyev hər dəfə yerli strategiyanı nəzərə alaraq inkişafı üçün lazımı vəsaitlər ayırır.
Əfrail FƏRZİYEV,
YAP veteranı.