“Qobu Park-1” yaşayış binasında güclü yanğın

“Qobu Park-1” yaşayış binasında güclü yanğın
  • Hadisə / Maraqlı

  • Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

    “Leqal” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

    Yanğın zamanı 4 nəfər həyatını itirib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər