Ölkə rəhbərinin tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq Masallı rayonunda tikinti-quruculuq, abadlıq işləri aparılır, əhalinin sosial rifahının yaxşılaşdırılması, rayonun hərtərəfli və dayanıqlı inkişafı üçün müvafiq tədbirlər görülür, nəzərdə tutulmuş bütün infrastruktur layihələri uğurla həyata keçirilir. Belə ki, 2022-ci ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhərinin 31 küçəsinə ümumi uzunluğu 11.41 km olan 57239 m2 asfalt örtüyü döşənmişdir. Əlavə olaraq şəhərin asfalt olunmamış M.Ə.Sabir, Z.Əliyeva, Ş.İ.Xətai, Seybətin, Digah və R.Behbudov küçələrinə ümumilikdə 15 maşın qum-çınqıl materialı verilərək hamarlanmışdır. Bundan başqa Dadva küçəsində 7000 m2, Zərifə Əliyeva küçəsində 1980 m2, Ərkivan qəsəbəsində 2800 m2 və Boradigah qəsəbəsində isə 1600 m2 asfalt örtüyü döşənmişdir.
2022-ci ildə Heydər Əliyev adına parkda dövlət büdcəsi hesabına əsaslı təmir işləri aparılmışdır. Parkın ətraf hasarları yeni ağlay materialla üzlənərək işıqlandırılmış, ərazidə yerləşən mövcud 4 ədəd fontan əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilmiş, yarasız tametlər dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 20 ədəd yeni müasir üslubda söhbətgah və 160 ədəd müasir işıq dirəyi qurulmuş, həmçinin 32 ədəd mövcud işıq dirəyi təmir olunmuş, əraziyə 6500 m2 sahədən çox qazon əkilmiş, uşaqların əylənməsi və gənclərin asudə vaxtlarını səmərəli keçirməsindən ötrü 3 əyləncə və 1 idman qurğusu quraşdırılmışdır. Ərazidə yerləşən yöndəmsiz və yarasız tikililər sökülmüş, mövcud açıq konsert zalının dam örtyünün xarici və daxili fasad hissələri, həmçinin qrim otaqları və onların sanuzelləri əsaslı təmir edilmiş, zalın döşəməsi keromoqranitlə üzlənmiş və işıqlandırma sistemi ilə təchiz edilmişdir.
Heydər Əliyev Mərkəzinin inzibati binasının arxa hissəsinə bitişik 130 nəfərlik iclas zalı sökülərək daxili imkanlarla 400 nəfərlik iclas zalı əsaslı tikilib istifadəyə verilmişdir.
Qarabağ küçəsində yerləşən Bayraq Meydanında dirəyin oturacaq mərmər hissəsi və onun ətrafı, eyni zamanda ərazidə olan 1 ədəd fontan əsaslı təmir olunmuşdur. Həmçinin meydanda yerləşən mövcud ağlay üzlüklü oturacaqlar tam təmir edilmişdir.
H.Əliyev prospektində yerləşən Bayraq Meydanında dirəyin oturacaq mərmər hissəsi və ətrafı əsaslı təmir olunmuş, 1 ədəd fontan təmir olunaraq işlək vəziyyətə gətirilmiş, ərazi yeni işıqlandırma sistemi ilə təchiz edilmişdir. Həmçinin Meydanda yerləşən dövlət rəmzləri müzeyinin daxili otaqlarında təmir-bərpa işləri aparılmışdır.
Şəhərin Dadva və M.Füzuli küçələrinin kəsişməsində avtomobillərin düzgün manevr etməsindən ötrü yeni mərmər üzlüklü dairə qurulmuş, mərkəz hissəsinə müasir şar işıqları quraşdırılmış, ətarfına qazon və güllər əkilmişdir.
Qarabağ və M.Füzuli küçələrinin birləşməsində yerləşən mövcud mini park yenidən qurulmuş və Şəhid Niyaməddin Sultanzadənin adını daşıyan bulaq kompleksi inşa edilmişdir.
2022-ci ildə Masallı rayon Mənzil İstismar Sahəsinin balansında olan çoxmənzilli kommunal yaşayış binaları və onların həyətlərində əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına abadlıq-quruculuq işləri görülmüşdür. Belə ki, şəhərin Qarabağ küçəsində yerləşən 8 və 15 saylı binaların giriş bloklarının divarlarında köhnə yararsız boya qatları çapılaraq yerinə 2160 m2 ölçüdə astar və üzlük məhlulu çəkilərək emusiya ilə boyanmışdır. Mərtəbələrə sensor işıq plafonları quraşdırılmış, dəmir məhəccərlər təmir edilmiş, taxta sürahilər dəyişdirilmiş, pilləkən marşlarına metlaxlar düzülmüş, zirzəmi girişlərinə 6 ədəd metal qapı, dam örtüyünə isə 6 ədəd plastik çıxış qapılar qoyulmuşdur. Həmçinin 8, 9, 10 və 15 saylı binalarda 4400 m2 ölçüdə fasad hissələr təmir olunaraq emusiya ilə boyanmışdır. Binaların qarşı tərəfində yararsız və yöndəmsiz olan su çənləri, metal asılqanlar texnikalar vasitəsilə götürülmüşdür. Köhnə kanalizasiya xətləri və quyuları ləğv edilərək yenisi ilə əvəz edilmiş, həyətlərdə istifadəyə yarasız tullantılar texnika vasitəsilə daşınaraq təmizlənmişdir. Eyni zamanda 8, 9, 10 və 15 saylı binaların qarşısında yeni salınmış abad məhəllədə 4 ədəd söhbətgah quraşdırılmış, piyada səkiləri salınmış və maşınların duracaqlarına asfalt örtüyü döşənmişdir.
2023-cü ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhərinin 18 küçəsinə 32510 m2 asfalt örtüyü döşənmiş, 32 küçəyə isə 41900 m2 ölçüdə qum-çınqıl materialı verilərək hamarlanmışdır.
Şəhərin abadlıq işlərinin görülməsindən ötrü 18 küçədə yeni piyada səkiləri qurulmuş, bəziləri təmir edilmiş, küçə boyu olan hasarlar yenilənmiş, yeni işıq dirəkləri və suötürücülər quraşdırılmışdır.
Ş.İ.Xətai adına parkda işıq dirəkləri yenisi ilə əvəz olunmuş, oturacaqlar təmir edilmiş, zibil qutuları qoyulmuş, ərazi abadlaşdırılmış, yararsız tametlər yenilənmişdir. Hazırda parkda Ağsaqqallar Cəmiyyəti və Əlillər Cəmiyyəti üçün inzibati binalar tikilir.
S.Vurğun küçəsində sökülmüş 1 saylı uşaq bağçasının yerində yeni mini parkın salınması işlərinə başlanılmışdır. Belə ki, ərazidə olan artıq tullantılar texnikalar vasitəsilə təmizlənmiş və hündürlüyü 4 metr olmaqla mişarlanmış əhəng daşından hasar hörülmüşdür. Hasarda suvaq işləri görülərək üzəri metal lövhə ilə örtülmüşdür. S.Vurğun küçəsində döngə hissənin (S.Vurğun və S.Məmmədov küçələrinin kəsişməsi) ensiz olması və orada avtomobillərin hərəkətinin intensivliyi nəzərə alınaraq yolun hərəkət zolağı əvvəlki yerindən təxminən 5 metrə yaxın məsafədə park ərazisinə doğru sürüşdürülərək genişləndirilmişdir. Bundan başqa park ərazisinə 250 m2 tamet daşların və 150 metr beton bardürlərin düzülməsi, 40 ədəd gül kolu və qazon əkilməsi üçün münbit torpağın verilməsi, 1 ədəd uşaq əyləncə qurğusunun, 1 ədəd söhbətgahın, 8 ədəd müasir oturacağın, 8 ədəd zibil qutusunun qoyulması və ərazinin işıqlandırılması nəzərdə tutulmuşdur. Hazırda işlər davam etdirilir.
Şəhər küçələrinin işıqlandırılmasından ötrü M.Füzuli küçəsindəki mövcud 36 ədəd işıq dirəyi restavrasiya olunaraq led lampalı işıqlandırıcı ilə təchiz edilmiş, həmçinin A.Seyfullayev küçəsinə 10, Natavan küçəsinə 6 və Q.Qarayev küçəsinə isə 6 ədəd yeni led lampalı işıq dirəyi quraşdırılmışdır.
2023-cü ildə Masallı rayon Mənzil İstismar Sahəsinin balansında olan 22 çoxmənzilli kommunal yaşayış binasında əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına binaların giriş blokları, daxili divar səthləri təmir edilmiş, emusiya məhlulu ilə rənglənmiş, hər mərtəbəyə sensor işıq plafonları quraşdırılmış, elektrik kabel xətləri dəyişdirilmiş, pilləkən marşlarına metlaxlar düzülmüş, həmçinin binaların fasad hissələri təmir olunaraq boyanmış, həyətləri abadlaşdırılmış, yöndəmsiz və qanunsuz tikililər sökülərək kənarlaşdırılmış, binanın dam örtüyü təmir eilmiş, su novları yenilənmiş, balkonları təmir edilərək metal lövhə ilə üzlənmiş, binaların qarşı tərəfində yerləşən yaşıllıq hissəyə torpaq qatı və asfaltın çiyinlərinə şeben materialı verilmişdir.
25 iyul 2022-ci il tarixdən etibarən Masallı Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifəsinin icrasına başlamış Araz Əhmədov tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına daim həm mənəvi, həm də maddi diqqət və qayğı göstərilmişdir. Belə ki, Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına 5 şəhid ailəsinə fərdi yaşayış evi tikilmişdir. Hazırda əlavə bir evin tikintisi də davam edir. Dövlət büdcəsindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına ümumilikdə 160700 manat məbləğində maddi yardım edilmişdir. Eyni zamanda daxili imkanlar hesabına şəhid ailələrinin yaşadığı ərazinin mərkəzindən onların evlərinədək olan məsafəyə 22000 metr uzunluğunda və ya 77750 m2 həcmində 933000 manat məbləğində asfalt örtüyü döşənmişdir. Həmçinin 6 şəhid ailəsinin fərdi yaşayış evində daxili imkanlar hesabına 37170 manat məbləğində cari və əsaslı təmir işləri aparılmışdır. Bundan başqa fiziki aşınmaya məruz qalmış 6 şəhid məzarının təmirinə daxili imkanlar hesabına 10000 manat məbləğində vəsait xərclənmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsi hesabına aztəminatlı ailələrə ümumilikdə 332000 manat məbləğində maddi yardım edilmiş, daxili imkanlar hesabına 2 aztəminatlı ailəyə fərdi yaşayış evi tikilmişdir. Hazırda əlavə bir evin tikintisi də davam edir. Bundan başqa rayon ərazisində müxtəlif xeyriyyəçilər, ərazi nümayəndələri və bələdiyyələr tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına ümumilikdə 99430 manat, aztəminatlı ailələrə isə 564530 manat məbləğində maddi yardım edilmişdir.
Şəhid ailələri və xeyriyyəçilər tərəfindən şəhid adına 12 ədəd abidə, 40 ədəd bulaq tikilmiş, şəhid adlarının əbədiləşdirilməsi üçün 40 ədəd barelyef və 124 ədəd şəkil quraşdırılmışdır.
Masallı rayonunda uzun müddət təmir olunmayan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yolu 2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “47 №-li Yol İstismarı” MMC tərəfindən əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumi uzunluğu 38 kilometr olan avtomobil yolu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmışdır.
Daxili imkanlar hesabına Masallı rayonunun Köhnə Zuvand kəndində yararsız məktəb yolundan şagirdlərin rahat istifadə edə bilməsi üçün dağ relyefli ərazidə 90 metrlik və 300 pilləlik dəmir pilləkən quraşdırılmışdır.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü ildə 600 hektardan çox əkinəyararlı ərazinin suvarılması və heyvanların su ehtiyacları təmin edilmişdir. Belə ki, Neftçala rayonunun “Muğan xolu” adlanan sahəsindən Masallı rayonunun Xırmandalı kəndi ərazisinə qədər uzanan 15 km uzunluğundakı kanal 43 ildən sonra qazılaraq, yenidən əhalinin və fermerlərin istifadəsinə verilmişdir. Xırmandalı və qonşu Köçəkli, Həsənli, Eminli, Ərəb kəndlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olduğundan, kanalın istifadəyə verilməsi onların təsərrüfat suyuna olan problemlərini həll etmişdir.
Uzun illərdən qalan problemlərdən biri Masallı Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin vergi borcunun aradan qaldırılması qarşıda duran başlıca vəzifələrdən idi. Görülən işlərin nəticəsi olaraq MKTİB-nin 396000 manat vergi borcu dövlət büdcəsinə ödənilərək Birliyin normal fəaliyyəti tam təmin edilmişdir.
Digər bir problem isə Bakı prospektində yol kənarında yerləşən zibil poliqonunda antisanitar vəziyyətin və bununla bağlı həmişə baş verən yanğınların aradan qaldırılması idi. Ciddi nəzarətə götürülən zibil poliqonunda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində uzunluğu 500, eni 15, hündürlüyü isə 10 metr olan zibillik ərazi tam təmizlənmiş, torpaq sahəsi qazılmış və həmin zibillər basdırılaraq zərərsizləşdirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Miyankü kənd İnzibati ərazi vahidinə daxil olan Dico və Ulum yaşayış massivlərinə uzunluğu 11 km olan yol çəkilmişdir. Belə ki, istifadəyə verilən yol meşəliklərin içərisindən keçir. Dağ relyefli ərazidə quraşdırılan yol avtomobillərin gediş-gəlişinə şəratin yaradılması ilə əlamətdar olmuşdur. Əlavə olaraq rayon rəhbərinin təşəbbüsü ilə müvafiq qurumlara yuxarıda adları qeyd olunan kəndlərdə yaşayan əhalinin elektrik, su və təbii qazla təmin olunması istiqamətində müraciətlər ünvanlanmışdır. İlk növbədə Ulum və Dico kəndlərində elektrik enerjisinin çəkilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa şəhər ərazisində qəzalı vəziyyətdə olan 10 mənzilli 2 binanın əvəzinə yeni 10 mənzilli 2 mərtəbəli yaşayış binasının tikintisi başa çatmışdır. Yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcəkdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına Masallı rayonunda kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində Masallı Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə 50 iritutumlu konteyner və 2 ədəd «Mercedes» markalı zibil daşıyan maşın alınmışdır.
Rayonun müxtəlif ərazilərində 1656 ədəd elektrik dirəyi quraşdırılaraq 19640 metr elektrik xətti çəkilmiş və nəticədə 44134 metr küçə işıqlandırılmışdır. Yaşıllıqların salınması ilə bağlı rayonun ərazilərində əlamətdar günlərlə bağlı ümumilikdə 12668 ədəd müxtəlif ağaclar əkilmişdir. Eyni zamanda ərazilərdə 21550 metr asfalt örtüyü döşənmiş, əhalinin yollardan rahat istifadə etmələri üçün 59772 metr çınqıl və 136565 metr şeben olmaqla ara yollarda əsaslı təmir işləri aparılmışdır. Bundan başqa 136448 metr küçəyə qreyder verilmişdir. Həmçinin rayonun müxtəlif ərazilərində xeyriyyəçilər tərəfindən əvvəldən tikintisi yarımçıq qalmış 13 və 10 ədəd yeni mərasim zalı tikilmişdir.
Ərazilərin təmiz saxlanılması məqsədi ilə 1223 ədəd məişət tullantılarının atılması üçün zibil qutusu qoyulmuş və 18 ədəd kiçik həcmli zibil poliqonu tikilmişdir. Bundan başqa rayonun bütün ərazilərində xüsusi ayrılmış yerlərə yığılan məişət tullantıları Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnikaları vasitəsi ilə poliqona daşınaraq çeşidlənir.
Rayon ərazisində Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən çaylar və selötürücü kanallarda 1500000 m3 sahilbərkitmə və lildən təmizlənmə işləri aparılmış, 160 km uzunluğunda isə kanal təmizlənmişdir. Bundan əlavə rayon ərazisində Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən 5, xeyriyyəçilər tərəfindən isə 2 ədəd su quyusu qazılmışdır.
Masallı elektrik şəbəkəsi tərəfindən rayonun müxtəlif ərazilərində 30 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilmiş, eyni zamanda 42 ədəd transformator dəyişdirilmişdir. Bundan başqa 24 kənddə SİP kabelləşmə işləri aparılmışdır.
Rayonun qaz olmayan kəndlərindən Əzizabad, Məmmədrzaküçə, Ninalov kəndləri və Şərəfə kəndinin yeni yaşayış massivinə (797 abonentə) qaz verilmiş, eyni zamanda Təzə Alvadı kəndinin yeni yaşayış massivində işlərin yaxın müddət ərzində yekunlaşması gözlənilir. Bundan əlavə ümumilikdə 19 yaşayış məntəqəsi üzrə 20856 metr qaz xətti yenilənmişdir. Əlavə olaraq əhalisinin ümumi sayı 5881 nəfər olan 9 yaşayış məntəqəsinin (Dəmbəlov, Əmirtürbə, Xəlfələr, Köhnə Zuvand, Nəzəroba, Rüdəkənar, Şıxlar, Yeni Zuvand, Yolağac) qazlaşdırıması üçün aidiyyəti üzrə müraciətlər ünvanlanmaqdadır.
Rayon ərazisində gedən NGN texnologiyasına keçidlə yanaşı GPON (Geqabit Optik Şəbəkə) Layihəsinin tikinti işləri davam etdirilir. Masallı şəhərində 12 OPŞ ərazidə tikinti işləri təmamilə bitmiş və 90 faizdən cox abunəçilər GPON xidmətinə qoşulmuşdur. Rayonun ayrı-ayrı ərazilərində ümumilikdə 20000-dən artıq yeni dirəklər basdırılıb, 1000 km-dən artıq kabel çəkilmişdir. Rayon üzrə 15000-dən artıq abunəci GPON xidmətindən istifadə edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir və bir çox kəndlərdə son tamamlama işləri görülür.
Son illər Masallı rayonunda təhsil sahəsində uğurlar qazanılmışdır. 2023-2024-cü tədris ilində rayon üzrə 11-ci sinfi 1779 nəfər şagird bitirmişdir. Ali məktəbə sənəd verən 849 nəfərdən 500-700 arası bal toplayan 116 nəfər, 600-700 arası bal toplayan 35 nəfər, 500-600 arası bal toplayan isə 81 nəfər olmuşdur. Həmçinin 2023-2024-cü tədris ilində təşkil edilən Respublika Fənn Olimpiadalarında 5 nəfər qalib olmuşdur.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən rayon ərazisində 2 məktəb tikilmiş, 5 uşaq bağçası və 20 məktəb təmir edilmişdir. Bununla yanaşı xeyriyyəçilər tərəfindən rayon ərazisində 1 məktəb və 2 uşaq bağçası tikilmiş, 2 məktəb isə təmir edilmişdir.
Masallı rayonunda kənd təsərrüfatı sahəsində son iki il ərzində artım müşahidə olunmuşdur. Belə ki, taxıl yığımı 2,2 faiz, tərəvəz istehsalı 10,4 faiz, meyvə və giləmeyvə istehsalı 22,5 faiz, bostan məhsulları istehsalı 11,2 faiz artmışdır. Həmçinin heyvandarlıq məhsulları istehsalında da artım (diri çəkidə ət istehsalı 31,0 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 1,1 faiz) olmuşdur. Eyni zamanda Masallı rayonunda yeni müəssisələr, iş yerləri açılmış və nəticədə, əhalinin məşğulluğu artmışdır.
Cənab İlham Əliyevin aqrar sahənin inkişaf etdirilməsi barədə imzaladığı müvafiq Sərəncamların icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı kartofçuluğun inkişaf etdirilməsi, taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkinlərinin artırılması, sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması məqsədilə rayonun bütün İnzibati ərazi dairələrini əhatə edən 3 zona müşavirəsi keçirilmişdir. Müşavirələrdə aidiyyəti qurumların rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, fermer və torpaq mülkiyyətçisi iştirak etmişdir.
Keçirilən müşavirələrdə fermerlər və torpaq mülkiyyətçiləri sertifikatlı toxumların, müasir kənd təsərrüfatı texnikalarının, soyuducu anbarların, tədarük məntəqələrinin olmamasını, həmçinin subsidiyaların vaxtında verilməməsini, subsidiya əmsallarının artırılmasını, xüsusilə subsidiya verilməyən təkrar əkinlərə subsidiya verilməməsini qeyd etmişlər. Həmçinin onlar rayon ərazisində mini çay fabrikinin qurulmasına, giləmeyvələrin dondurulması və saxlanılması üçün şoklama kameralarının yaradılmasına, fermerlərə aqrar təlimlərin keçirilməsinə, çəltikbiçən kombaynların verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlərin həll olunması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciətlər ünvanlanmışdır. Rayonda uzun illərdir belə müşavirələr keçirilmirdi.
06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur. Ölkənin paytaxtı ilə yanaşı digər şəhər və rayonlar kimi Masallı rayonu da iki dövlət bir millət prinsipi ilə türkiyəli soydaşlarımız üçün edilən yardım kompaniyasına qoşulmuşdur. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə ümumi məbləği 428000 manat dəyərində olan isti geyimlər, yorğan, döşək, uşaq bezləri, xalçalar, elektrik və odun sobaları, generatorlar, ərzaqlar, siqaret və digər gündəlik tələbatlar bir mərkəzdə toplanaraq yola salınmışdır. Yardımların göndərilməsində sahibkarlar, ziyalılar, ağsaqqallar, gənclər və bir sözlə rayonun bütün zümrələrindən olan sakinlər fəal iştirak etmişdir.
Masallı rayonunun inkişafı və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra da bütün imkanlardan istifadə ediləcəkdir.
Keçidlər