Gədəbəy rayon Şahdağ kəndində qadın bıçaqlanıb.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəxsi mübahisə zəminində baş verib.
Bıçaq xəsarətləri alan, 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.