Gəncədə ata və qızı bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb.
Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
21:25
Azərbaycanda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 27 yaşlı A.Mirzəyeva və onun atası 50 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.