Azərbaycanda son sutkada 499 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 499 nəfər koronavirusa yoluxub
  • Cəmiyyət

  • Azərbaycanda son gündə 499 nəfər koronavirusa yoluxub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Məlumata görə, 478 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

    Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 507 nəfərdir.

    Son gün ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər