Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfə vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, 9 733 nəfər vəfat edib, aktiv xəstə sayı 1 591 nəfərdir.
Ölkədə son sutka ərzində 3 087, hazırkı dövrədək isə 7 018 167 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 210 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 264 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 800 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 408, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 833, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 327 959, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 502 nəfər təşkil edir.