Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı

Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan ölən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 233 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 867, hazırkı dövrədək isə 6 735 182 test aparılıb.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər