Azərbaycanda koronavirusdan 16 nəfər öldü, yoluxma kəskin azaldı

Azərbaycanda koronavirusdan 16 nəfər öldü, yoluxma kəskin azaldı
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 596 min 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 min 521 nəfər müalicə olunaraq sağalıb, 7 min 983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 min 469 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 385, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 608 min 158 test aparılıb.


    Son sutkada koronavirus əleyhinə 154 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər təşkil edib.

    Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 3 olub.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 703 min 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 4 milyon 593 min 286 nəfər təşkil edir.

    Ümumilikdə ölkədə 1 milyon 11 min 172 buster doza vurulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər