Azərbaycanda daha yeddi nəfər koronavirusdan vəfat edib

Azərbaycanda daha yeddi nəfər koronavirusdan vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Son sutkada Azərbaycanda koronavirusa 364 yeni yoluxma faktı qeydə alınıb 605 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8365 nəfər vəfat edib, aktiv xəstə sayı 8795 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, ötən müddət ərzində isə ümumilikdə 5 870 329 test aparılıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 271 təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər