Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 166 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.
Ölkədə son sutka ərzində 4 755, hazırkı dövrədək isə 6 731 315 test aparılıb.