Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib, aktiv xəstə sayı 297 nəfərdir.
Ölkədə son sutka ərzində 5 230, hazırkı dövrədək isə 6 726 560 test aparılıb.