Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib

Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib
  • Siyasət

  • Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıblar.

    Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər