Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • Siyasət

  • Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 370 nömrəli, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 667 nömrəli, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 24 avqust tarixli 757 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2008-ci il 22 aprel tarixli 745 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 9 fevral tarixli 49 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
    Azərbaycan Respublikası Prezidentinin Fərmanı


    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

    1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 267 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 46) 2-ci hissəsi ləğv edilsin.

    2. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 510) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

    “2. Müəyyən edilsin ki:

    2.1. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    2.2. həmin Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

    2.3. həmin Qanunun 6.5-ci, 8.5-ci, 9.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü, 11.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    2.4. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

    2.5. həmin Qanunun 15.2-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

    2.6. həmin Qanunun 11.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

    3. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 50; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1208; 2017, № 1, maddə 50; 2018, № 5, maddə 903; 2020, № 4, maddə 418) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

    “2. Müəyyən edilsin ki:

    2.1. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində, 14.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü maddəsinin birinci cümləsində və 27.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    2.2. həmin Qanunun 12.5-ci maddəsində, 14.1-ci maddəsinin ikinci cümləsində və 14.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    2.3. həmin Qanunun 6.3-cü (uyğunluq sertifikatına münasibətdə), 10.2-ci maddələrində, 14.1-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 14.6-cı və 14.7-ci maddələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

    2.4. həmin Qanunun 6.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

    2.5. həmin Qanunun 14.16-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

    2.6. həmin Qanunun 20.3-cü maddəsinin birinci cümləsində və 27.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

    2.7. həmin Qanunun 6.3-cü maddəsində (fitosanitar vəziyyətinə dair sertifikata münasibətdə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

    2.8. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

    4. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 757 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 477) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

    “2. Müəyyən edilsin ki:

    2.1. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    2.2. həmin Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində və 7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

    2.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

    2.5. həmin Qanunun 8.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

    5. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 574; 2005, № 7, maddə 592; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 7, maddə 528; 2010, № 4, maddə 296; 2014, № 5, maddə 477, № 10, maddə 1218; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 361) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

    “1. Müəyyən edilsin ki:

    1.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci və üçüncü hissələrində, 8-ci maddəsinin beşinci hissəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    1.2. həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7.4-cü maddəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 13-cü maddəsinin beşinci hissəsində, 16-cı maddəsinin səkkizinci hissəsində, 17-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    1.3. həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

    1.4. həmin Qanunun 19-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

    1.5. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

    1.6. həmin Qanunun 6-cı maddəsinin birinci, ikinci hissələrində, üçüncü hissəsinin birinci cümləsində, 7.2-ci maddəsində, 8-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 16-cı maddəsinin üçüncü hissəsində və 21-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

    1.7. həmin Qanunun 5-ci maddəsinin ikinci və üçüncü hissələrində və 8-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

    1.8. həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində “qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

    6. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 745 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 259) 1-ci hissəsi ləğv edilsin.

    7. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 49 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 62) 2-ci hissəsi ləğv edilsin.

    8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 1162 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-21-ci yarımbəndindən “texniki reqlamentlərdə və” sözləri çıxarılsın.

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti
    PAYLAŞ:

    Oxşar xəbərlər