Bayraq Oğullar-Azərbaycan Polisi

Bayraq Oğullar-Azərbaycan Polisi
  • Cəmiyyət

  • Təkcə çevrəmizdə deyil, dünyanın harasından baxsaq onları görə bilərik. Daha doğrusu, onları görmək üçün üçrəngli bayrağımızı sevmək, Üzeyir bəyin Vətən sevdası ilə yazdığı himnimizi əlimizi ürəyimizin üstünə qoyub oxumaq kifayətdir. Yaşamaq eşqi ilə yananların cərgəsinə qoşulmaq, Vətənə, dövlətə, bayrağa sevgini gündəlik yaşam normasına çevirmək bacarığına sahib olmaq özü də bir xoşbəxlikdir və bu xoşbəxliyi qazanmaq heç də asan deyil.

    Tutduğu vəzifədən, yaşından asılı olmayaraq doğulduğu yurdun qara bir daşını belə bayraq ucalığına qaldıranları tarix öz yaddaşına həkk edir, qoruyub-saxlayır. Dövlətinin bayrağını ucalara yüksəltmək, onun himnini səsləndirmək isə artıq tarix yazmaq deməkdir. Bu məqamı, sözlə ifadə etmək, yazıya almaq heç də hamıya nəsib olmur…

    Haqqında söhbət açacağım həmkarımı idmançılar yaxşı tanıyırlar.

    Yasamal RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Bəhruz Fərhadov 1987-ci ildə Füzuli rayonunda dünyaya göz açıb. Torpaqlarımıza erməni təcavüzü başlayanda uşaq olsa da atasının “Vətən dardadır, onu xilas etməliyik, onu qorumalıyıq” fikrini tez-tez eşidib və kiçik yaşlarından düşmənə nifrət hissi ilə alışıb-yanıb. Yurdundan pələsəng olan soydaşlarımızın çoxu kimi onların ailəsi də Bakıya üz tutub. Ehtiyacın hər üzünü görsələr də doğulduğu yurda dönmək arzusu onları bir anda olsun ruhdan salmayıb. Kiçik yaşlarından könlünü idmana verib. Düşməni öncə idman, sonra döyüş meydanında məğlub etmək üçün mərd, mübariz oğullarımız kimi o da and içib. Hələ 1994-2005-ci illərdə orta məktəbdə oxuyarkən idman yarışlarına qatılıb. Dəfələrlə uğurlu nəticələr göstərib. Nərimanov rayonundakı 45 saylı orta məktəbin “çempionlarının” sırasında onun adı həmişə birinci çəkilib. Məktəbi bitirdikdən sonra 2005-2007-ci illərdə hərbi xidmətə yollanıb və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühavizə Xidməti Milli Qvardiyada Xüsusi Təyinatlı bölükdə hərbi qulluq edərək manqa komandirləri kursunu bitirmiş və manqa komandiri olmuşdur.İdmandan ayrılmayıb və hərbi xidmətdə də yarışlara qatılaraq təcrübəsini təkmilləşdirib. Hərbi xidmətdən sonra uğurlarının çevrəsini genişləndirmək, dünya arenalarına çıxmaq üçün daha böyük səylə məşqlərə başlayıb və beləcə, uğur, uğur gətirib…

    Rus və ingilis dillərində sərbəst danışmağı həmkarımızın ən böyük özəlliklərindəndir.

    Dəfələrlə sərbəst güləş, əlbəyaxa döyüş, cüdo və kikboks idman növlərində keçirilən respublika çempionatlarında qaliblər sırasında olmuşdur.

    O,2003-cü illərdə Lokomotiv İSM-nin keçirtdiyi Cüdo İdman növü üzrə I yer,Xətai Rayon Gənclər İdman və Turizm İdarəsinin keçirtdiyi Cüdo idman növü üzrə I yer,Gənclik Tələbə İdman Cəmiyyətinin Azərbaycan Respublikası Şurasının keçirtdiyi Cüdo İdman növü üzrə II yerin qalibi olmuşdur.

    .2004-cü ildə Bakı Şəhər Gənclər İdman və Turizm Baş İdarəsinin keçirtdiyi Sambo Güləşi üzrə II yerin qalibi olmuşdur.

    O,2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirtdiyi Uşu Sanda İdman növündən I yer,Pankration idman növündən II yer,Azərbaycan Universal Döyüş Fedarasiyasının keçirtdiyi Ulu Öndərimiz Heydər Əliyevin 85-illiyinə həsr edilmiş Beynəlxalq Universal döyüş turnirində III yerin qalibi olmuş və Azərbaycan Respublikası Gənclər və İdman Naziri tərəfindən Diplomlarla təltif edilmişdir.

    Daha sonra 2008-ci ildə keçirilən Azərbaycan Respublikası Kikboksinq və Muey-Tay federasiyası tərəfindən keçirilən Kikboks idman növündən III yer,Tərtər İdman Klubunun keçirtdiyi Kikboks idman növündən I yer,Kikboks Klubu tərəfindən keçirilən Kikboks İdman növündən I yer,Turan İdman Klubu tərəfindən keçirilən Pankration idman növü üzrə I yerin qalibi olmuş və bir daha rəqiblərindən güclü olduğunu sübut etmişdir.

    Polis baş serjantı Bəhruz Fərhadov dəfələrlə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri sırasında olmuşdur.

    Yeri gəlmişkən, 2008-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 85-illiyinə həsr edilmiş yarışda kik-citsu idman növündən WKGF-KİK-CİTSU MMC-nin Kubokunu əldə etmiş və Bakı Şəhər Əlbəyaxa Döyüş Klubunun keçirtdiyi Əlbəyaxa döyüş idman növündən I yerə layiq görülmüşdür.

    2009-cu ildə Universal döyüş növündən Avropa Çempionatının bürünc mükafatçısı olmuş və UNİFİGHT EUROPA Federasiyasının rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır. Polis idmançımız 2016-ci ildə Zenit Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr etdiyi 19-cu Respublika Spartakiadasında daş qaldırma üzrə şəxsi birincilikdə II yeri tutmuşdur.

    2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin keçirtdiyi sərbəst güləş üzrə polisdər arası şəxsi birincilik yarışlarında 120-kq çəki dərəcəsində III yeri tutmuş Daxili İşlər Nazirliyinin keçirtdiyi Cüdo İdman yarışındanda bürünc mükafata layiq görülmüşdür. 

    2014-cü ildə DİN-nin keçirtdiyi Sərbəst Güləş üzrə idman yarışında da şəxsi birincilikdə bürünc mükafatın qalibi olmuş,komanda hesabında isə II yerə layiq görülmüşdür.2016-cı ildə yenidən DİN-nin təşkil etdiyi Əlbəyaxa Döyüş idman yarışında da III yerin qalibi olmuşdur. 

    Əldə etdiyi uğurlara,idman yarışları və xidmətdə fərqləndiyinə görə DİN rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.

    O, 2010-cu ildən sıralarımızdadır. İdmanda qazandığı uğurları xidmətdə də qazanmaq üçün təcrübəli həmkarlarının tövsiyələrini dinləyir, öz üzərində səylə çalışır, verilən tapşırıqları canla-başla, vaxtında yerinə yetirir. Bir gənc kimi ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğundan məmnunluğunu ifadə edən Bəhruz Fərhadov qazandığı hər bir qələbəni Vətənimiz Azərbaycana həsr etdiyini deyir.

    Bu bir həqiqətdir ki, idman cəmiyyətin həm ən vacib sahəsi, ayrılmaz hissəsi, həm də böyük siyasətdir. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş komandanı Cənab ilham İlham Əliyevin böyük diqqət və qayğısı ilə Azərbaycan gəncliyi başqa sahələrdə olduğu kimi, idmanda da ən güclü olduğunu sübut edir.

    Bir idmançı kimi bilir ki, idman hər millətin, xalqın başqa dövlətlər sırasında adını, şöhrətini ucaldır. Məhz onu bütün döyüşlərdə qələbəyə səsləyən ulu öndərimizin “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci birvasitə yoxdur” fikridir…

    Qeyd edirəmki: İki övladı var.Atası Fəhradov Alastan Musa Oğlu Qarabağ Müharibəsi Veteranıdır və Qarabağ uğrunda gedən döyüşlər zamanı 1993-cü ildən 1996-cı ilədək könüllü vuruşmuş,Şah İsmayıl Xətai fəxri fərmanı almışdır

    Həmkarımızın ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad etmək, Qarabağımızda keçiriləcək beynəlxalq idman yarışlarında qalıblər sırasında olmaq və Vətənimiz uğrunda şəhid olan babası Baloğlan Abbasovun ruhunu sevindirməkdir.

    Yaşasın Azərbaycan Polisi: 

     



    Hafiz Təmirov

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Rəis Müavini, 

    Mübariz Keşikdə Qəzetinin Baş Redaktoru,Polis Polkovnik Leytinantı 

     

     LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər