Fransada daha bir məscid təhqir edildi

Fransada daha bir məscid təhqir edildi
  • Siyasət

  • Fransanın Talans şəhərində vandallar yerli məscidi təhqir edib. Onlar məscid binası üzərində anti-islam şüarları yazıb: “İmmiqrasiya öldürür” və “Məscidlərinizi yığışdırın”.

    LEQAL.AZ “TRT Russian”a istinadən xəbər verir ki, bu barədə şəhərin müsəlman icması feysbuk səhifəsində bildirib.

    İcmanın sədri Məhəmməd Bultamın sözlərinə görə, sitayiş yerində belə yazılar və təsvirlər yolverilməzdir, üstəlik, bura ailələr uşaqları ilə gəlir. Sədr qeyd edib ki, onlar bununla bağlı artıq polisə müraciət ediblər.

    Nəşr xatırladır ki, daha öncə Fransanın daxili işlər naziri Jerald Darmanen Ramazan ayının başlanmasından bir neçə gün əvvəl Renn şəhərində məscid və İslam Mədəniyyət Mərkəzinin divarlarının murdarlanmasından sonra müsəlman ibadət yerlərinin təhlükəsizliyinin gücləndirilməsinə çağırıb.

    Bundan başqa, aprelin əvvəllərində Nantda naməlum şəxslər məscidi yandırıblar. Binaya maddi ziyan vurulub, məbədin giriş qapısı tamamilə yanıb./“Qafqazinfo”
    PAYLAŞ:

    Oxşar xəbərlər