Baltik Assambleyasının komitə iclası keçirilib - FOTO

Baltik Assambleyasının komitə iclası keçirilib -  FOTO
  • Siyasət

  • Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, tədbirdə “Baltik dövlətlərinin təhsil və elm sahəsində strateji tərəfdaşlığı” (COVID-19 pandemiyasının təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları), “COVID-19 pandemiyası dövründə və ondan sonra məşğulluq və əmək bazarı: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi” mövzularında müzakirələr aparılıb.

    Milli Məclisin deputatı Elnur Allahverdiyev müzakirə olunan məsələlərlə bağlı çıxış edib, pandemiya ilə bağlı Azərbaycanda mövcud vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb. Deputat ötən ilin mart ayından Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinin aradan qaldırılması üçün hökumətin həyata keçirdiyi işlər, iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar Azərbaycan parlamenti qanunvericilikdə müvafiq dəyişikliklər edib.

    Sonra onlayn iclasda digər ölkələrin iştirakçıları da pandemiya dövründə ölkələrində görülmüş tədbirlər barədə məlumat veriblər, bu sahədə öz təcrübələrini bölüşüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər