
azaxıstanda 38 yaşlı kişi dostu ilə mərc edərək onlarla qələm udub.
"Leqal" xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şımkənd şəhərində baş verib. Kişi dostu ilə mərc edib və bir-birinin ardınca 26 ədəd qələm udub.
Bundan sonra onun qarnı ağrımağa başlayıb və o, tibbi yardım üçün müraciət edib. Həkimlər xəstəni iki saat əməliyyat ediblər. 26 qələmin hamısı kişinin mədəsindən uğurla çıxarılıb.
