Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək
  • Maraqlı

  • Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

     www.leqal.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər