Azərbaycanda noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9°, gündüz 10-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Noyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-12° isti, dağlarda gecə 5-10°, gündüz 1-3° şaxta olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti , dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 1-3° şaxta olacağı bildirilir.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 6-10° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Gecə və səhər saatlarında duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-12° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-11° isti, dağlarda gecə 0-3°, gündüz 4-7° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlığa əsasən, noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, noyabrın 23-də arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək.