Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
  • Cəmiyyət

  • Azərbaycanda noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14°, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Noyabrın 4-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 16-20° isti, dağlarda gecə 3-8°, gündüz 14-18° isti olacağı bildirilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti olacaq.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 14-18° isti olacağı proqnozlaşdırılır.

    Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-21° isti olacağı bildirilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-20° isti, dağlarda gecə 4-8°, gündüz 14-16° isti olacağı ehtimal edilir.

    Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 16-20° isti olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimal edilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 17-20° isti, dağlarda gecə 8-10°, gündüz 15-17° isti olacağı ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər